26 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya hökuməti qiymət artımının qarşısını almaq üçün qərargah yaradacaq

16 İyun 2022

Tokio,16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Yaponiya hökuməti əhalinin gəlirlərinin artırılması və davam edən qiymət artımının qarşısını almaq məqsədilə qərargah yaratmağı planlaşdırır.

bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno iyunun 16-da keçirilən ənənəvi mətbuat konfransı zamanı məlumat verib. Baş katib əlavə edib ki, qərargah öz işinə gələn həftə başlayacaq.

Bundan əlavə, H.Matsuno bildirib ki, hökumət ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qəbul etdiyi qərarların Yaponiya iqtisadiyyatına təsirini bundan sonra diqqətlə izləyəcək.

Yaponiya hökuməti yanında belə bir qrupun yaradılması barədə iyunun 15-də Baş nazir Fumio Kişida da məlumat verib. F.Kişida bildirib ki, hökumət qiymətlərin artımı və iqtisadi vəziyyətlə bağlı operativ reaksiya vermək üçün vahid siyasət yeridəcək.

Xəbər verdiyimiz kimi, son aylar Yaponiyada qiymətlərin artımına yalnız dünyada neftin və xammalın qiymətlərinin bahalaşması deyil, həmçinin milli valyuta olan yenin ucuzlaşması da təsir göstərib. Milli valyutanın enməsinin əsas səbəbi kimi, ABŞ və Aİ tənzimləyicilərinin inflyasiya ilə mübarizəni sərtləşdirdiyi halda, Yaponiya Bankının yumşaq pul-krediti siyasətini davam etdirməsi və faiz dərəcələrini mənfi səviyyədə saxlaması göstərilir. Bu, dollar və avro ilə ifadə olunan alətlərə investisiyaları daha sərfəli edir.

Əlavə olaraq qeyd edək ki, iyunun 16-da Yaponiya Bankı pul siyasətinin perspektivlərini müəyyən etmək üçün iki günlük iclasa başlayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…