30 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya hökuməti milli valyuta olan yenin enişini narahatlıqla izləyir

13 İyun 2022

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Yaponiya hökuməti milli valyuta olan yenin enişini narahatlıqla izləyir. Belə ki, iyunun 13-də yenin dollara nisbətən məzənnəsi son 24 ilin ən aşağı həddinə düşüb.

bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bazar ertəsi günü keçirilən mətbuat konfransı zamanı bildirib.

Tokio Fond Birjasının məlumatına əsasən yerli vaxtla saat 13:30-da yenin bir dollara nisbətən məzənnəsi 135,22 yenə enib. Bu, 1998-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.

Baş verənləri Yaponiya hökumətinin diqqətlə izlədiyini vurğulayan baş katib bildirib ki, hökumət və milli valyutanı tənzimləyən maliyyə qurumları ehtiyac yaranacağı təqdirdə, lazımi addımları atacaqlar.

Həmin gün parlamentin aşağı palatasının büdcə komissiyasında çıxış edən Baş nazir Fumi Kişida da eyni mövqeni səsləndirib.

Bununla yanaşı, iyunun 13-də Tokio Fond Birjasında səhər sessiyası zamanı aparıcı “Nikkei” indeksi 3,05 faiz itirərək 26,975 bəndinə düşüb. Bunun psixoloji hədd olan 27 min bəndindən aşağı olduğu xüsusi qeyd olunur.

Yaponiyada milli valyutanın enməsi xaricdən gətirilən əmtəələrin, xüsusən enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olur. Eyni zamanda, xarici bazarlarda əcnəbi valyuta ilə ticarət edən nəhəng şirkətlərin gəlirləri artır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…