34 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya əhalisinin sayı ilk dəfə bütün 47 prefekturada azalıb

26 İyul 2023

Yaponiyada yaşayan ölkə vətəndaşlarının sayı 14 il dalbadal azalır, orada daimi yaşayan əcnəbilərin sayı sürətlə artır.

TELEJURNAL  xəbər verir ki, bu barədə Yaponiya İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.

2023-cü il yanvarın 1-nə Yaponiyada 122,42 milyon vətəndaş yaşayırdı ki, bu da bir il əvvəlkindən təxminən 800 min nəfər azdır. Eyni zamanda, göstəricinin azalması bütün 47 prefekturada qeydə alınıb ki, bu da hakimiyyət orqanlarının belə statistika aparmağa başladığı 1968-ci ildən bəri ilk dəfə baş verib.

2022-ci ildə ölkədə 771,8 min yapon doğulub ki, bu da 1979-cu ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, ölənlərin sayı rekord həddə – 1,56 milyon nəfərə çatıb.

2023-cü ilin yanvar ayına olan məlumata görə, əcnəbilər də daxil olmaqla Yaponiyanın ümumi əhalisi 125,4 milyon nəfər təşkil edir ki, bu da ötən illə müqayisədə 511 min nəfər azdır. Yaponiyada daimi yaşayan əcnəbi rezidentlərin sayı son üç ildə 10%-dən çox artaraq 2,99 milyon nəfərə çatıb ki, bu da 2013-cü ildə bu cür statistikanın başladığından bəri ən yüksək göstəricidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…