33 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya dünyada nüvə silahı arsenalının artması ilə bağlı narahatlığını bildirib

14 İyun 2022

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Yaponiya hökuməti dünyada nüvə silahı arsenalının artması ilə bağlı proqnozlara görə narahatlığını bildirib.

bu barədə iyunun 14-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatını şərh edərkən deyib.

“Biz nüvə arsenalının azaldılmasına müsbət yanaşırıq, lakin yaxın onillikdə nüvə silahının mümkün artımı ilə bağlı proqnozlardan narahatıq”, – deyə baş katib bildirib. H.Matsuno əlavə edib ki, Yaponiya dünyada nüvə silahı hücumuna məruz qalmış yeganə ölkə olaraq bu silahın ləğvinə çağırır.

Xatırladaq ki, SIPRI-nin iyunun 13-də dərc edilən hesabatına görə “nüvə klubunun” üzvü olan bütün ölkələr atom silahı ilə bağlı proqramları fəal şəkildə inkişaf etdirir. İnstitutun proqnozlarına görə, nüvə başlıqlarının sayı 2021-ci ilin yanvarında 13 min 80 ədəddən 2022-ci ilin yanvarında 12 min 705-ə ensə də, yaxın onilliklərdə dünyada nüvə silahının sayı arta bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…