44 baxış
Bu yazını paylaşın
İctimai

Yapon alimləri virusun necə yayılmasını göstəriblər

25 Oktyabr 2020

Maskalar bütün dünyada insanlar üçün adi atributa çevrilib: hesab edilir ki, onlar müəyyən dərəcədə koronavirusun yayılmasının qarşısını alırlar. Ancaq təhlükə gözlə görünmədiyindən, bu üsulun necə işlədiyini təsəvvür etmək olmur.
Bir qrup yapon tədqiqatçısı insanın maskasız danışdığı, oxuduğu və öskürdüyü vaxt virus hissəciklərinin hərəkətini modelləşdirmək və nümayiş etdirmək üçün “Fugaku” superkompüterindən istifadə edib. AZƏRTAC bu barədə “Euronews” telekanalına istinadla məlumat yayıb.
Tədqiqatçılar qrupuna rəhbərlik edən Kobe University & RIKEN-nin professoru Makoto Subokura deyib: “Əgər biz virusun məhz necə yayıla biləcəyini çəkib bütün dünyaya göstərə bilsək, onda insanlar təhlükənin ciddiliyini birbaşa təsəvvür edər və zəruri qabaqlayıcı tədbirlər haqqında elmi cəhətdən düşünərlər”.
Tədqiqatlar nəticəsində məlum olub ki, daha yüksək hava rütubəti kiçik aerozol hissəciklərinin sayının artmasına səbəb olur. Alimlər müxtəlif qoruyucu vasitələri müqayisə edərək belə bir qənaətə gəliblər ki, maskalar həqiqətən də yüksək qoruyucu effektə malikdir. Bununla yanaşı, onlardan düzgün istifadə olunmasının və sosial məsafənin qorunmasının vacibliyi də qeyd olunub. Təcrübələr göstərir ki, böyük hissəciklər virusdaşıyıcılarının yaxınlığında yerə düşür və onlardan uzağa uça bilmirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…