271 baxış
Bu yazını paylaşın
Siyasi

YAP-da “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli” mövzusunda konfrans keçirilir

01 Fevral 2022

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti təkcə Azərbaycan gəncliyinin həyatında deyil, ümumən ölkəmizin sosial həyatında, onun inkişafında dərin izlər buraxıb. Ölkə Prezidentinin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları, onların bu gün aşkar görünən nəticələri bunu bir daha təsdiq edir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları bu istiqamətdə kifayət qədər əsaslı hüquqi baza yaradaraq, gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli” mövzusu üzrə təşkil olunan konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışına bu sözlərlə başlayıb.
Konfransdan əvvəl iştirakçılar istedadlı gənclərin əsərlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Burada təqdim olunan sənət əsərlərində Azərbaycanın heyrətamiz koloriti ilə diqqəti cəlb edən təbiəti, insanları, millətin minilliklərdə formalaşan milli-mənəvi özəllikləri əks olunur. Gəncliyin hüdudsuz istedadından xəbər verən əl işlərində xalqın görünən potensialı ifadə olunur.
Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə keçirilən konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçılarını salamlayan Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov gəncliyə diqqət və qayğının Azərbaycanın dövlət siyasətinin başlıca fəlsəfəsi olduğuna diqqət çəkərək, bu siyasətin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev üçün prioritet istiqamət olduğunu bildirib, dövlətimizin başçısının “Biz neft kapitalının insan kapitalına çevrilməsi üçün çalışmalıyıq” sözlərini xatırladıb.
Konfrans davam edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…