24 baxış
Bu yazını paylaşın
İctimai

Yanvar-iyun aylarında 25,5 min şəxsə əlillik təyin olunub

14 İyul 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən   bildirilib ki, onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.

Son 6 ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,1 min şəxs 38,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…