34 baxış
Bu yazını paylaşın
Siyasi

Yanğından mühafizə komandalarının təlim-metodiki toplanışı keçirilib

13 Yanvar 2022

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə nazirinin qərarı ilə təsdiqlənən müvafiq təlimata uyğun təşkil olunan toplanışda heyət üçün “Əlverişsiz şəraitlərdə yanğınların söndürülmə xüsusiyyətləri” mövzusunda məşğələ keçirilib.

Hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə müfəttişlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələdə aşağı temperaturlarda, su çatışmazlığı, güclü külək və tüstülənmə zamanı yanğınların söndürülməsinə dair suallar müzakirə edilib.

Sonra “Tam döyüş açılışı” mövzusunda praktiki məşğələ keçirilib. Məşğələnin şərtlərinə görə şəxsi heyət həyəcan siqnalı ilə şərti yanğın komandasını icra edib. Şərti yanğın yeri, əşya-əmlak saxlancı təyin olunub. Şərti yanğının söndürülməsi tapşırığı müvəffəqiyyətlə yerinə yetirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…