35 baxış
Bu yazını paylaşın
İdman

Yakub Jezniçak: “Qarabağ” bir il əvvəlkindən zəifdir”

26 İyul 2023

“Qarabağ” bir il əvvəlkindən zəifdir, “Rakuv”la, demək olar ki, eyni gücdədir”.

TELEJURNAL-ın  məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak “przegladsportowy.onet.pl” saytına açıqlamasında Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

2017-2019-cu illərdə Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş 37 yaşlı müdafiəçi komandanın çox dəyişdiyini bildirib: “Birlikdə oynadığım futbolçuların çoxu gedib. Komandaların şanslarını bərabər görürəm. “Qarabağ” çox təhlükəlidir, heyətində fərdi bacarıqları yüksək olan futbolçular var. Polşada yaxşı tanıdığımız Abdullah Zubiri qeyd edə bilərəm. O, indi də əla formadadır. Ötən mövsüm Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilib”.

Polşa millisinin sabiq üzvünün fikrincə, Bakıda isti hava şəraitində oynamaq “Rakuv”a çətin olacaq: “İlk görüşdən sonra “Rakuv”un şanslarını qiymətləndirmək daha asan olacaq. Evdə üstünlük əldə etmək vacibdir. Bu, cavab qarşılaşması öncəsi həlledici ola bilər. Bakıda onlara çox çətin olacaq. “Lex” bir il əvvəl oradakı iqlimlə tanış oldu. Mən “Qarabağ”da oynayanda ora gələn komandalar 45 dəqiqədən sonra meydanı tərk etmək istəyirdilər. Çünki hava çox istidi. “Qarabağ”ın futbolçuları isə buna öyrəşiblər. “Rakuv” buna uyğunlaşmaq üçün buradakı matçdan iki gün sonra Bakıya yollanmalıdır”.

O, 15 ildir “Qarabağ”ın sükanı arxasında olan Qurban Qurbanov amilini fərqləndirməyi unutmayıb: “Qurban Qurbanov təkcə “Qarabağ”da deyil, bütün Azərbaycan futbolunda böyük hörmətə malikdir. O, komandaya böyük inam yarada bilir. Meydançaya çıxan oyunçular həmişə daha yaxşı komanda olduqlarını beyinlərində kodlaşdırırlar. Hətta daha güclü rəqiblərlə qarşılaşdığımız Çempionlar Liqasında da necə olduğunu xatırlayıram. Heyətlə birlikdə özünə inamı aşılamaq məşqçinin böyük gücüdür. Buna görə də biz nə istədiyini bilən qətiyyətli komanda izləyirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Rakuv” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…