35 baxış
Bu yazını paylaşın
Siyasi

XİN: “Təhlükəsizlik məqsədilə Azərbaycanın tədbirlərinin “blokada” kimi qiymətləndirilməsi əsassızdır”

03 Avqust 2023

“Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, Laçın sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsi əsassızdır”.

TELEJURNAL   xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT baş katibinə ünvanlandığı məktubda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın sərhəd keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.

Lakin erməni əsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün tərəfimizdən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…