27 baxış
Bu yazını paylaşın
Siyasi

XİN rəhbəri: “Azərbaycan hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olub”

13 Aprel 2022

“BMT-yə üzv qəbul olunduqdan sonra Azərbaycan daim təşkilatın əsas prinsiplərinə sadiq olub”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib.

O, sözügedən konfransın BMT-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib: “Azərbaycan həmçinin Qoşulmama Hərəkatına rəhbərlik edir. Koronavirusla paralel olaraq, dünya müxtəlif çağırış və problemlərlə də üzləşir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatı  çərçivəsində bütün təşəbbüsləri və fəaliyyəti çox vacibdir”.

C.Bayramov bu cür simulyasiya konfranslarının tələbələrə BMT-nin fəaliyyəti haqqında daha çox öyrənmək və gələcəkdə yaxşı diplomatlar olmaq imkanı verir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…