31 baxış
Bu yazını paylaşın
Siyasi

XİN: “Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”

12 İyul 2023

“Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”.

Telejurnal  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdəki hesabında yazıb.

“Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə maneçilik törədən hərəkətlərinə son qoymaq barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırırıq.

Ermənistanın yalanlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi keçid məntəqəsinin Laçın yolu boyunca hərəkəti pozduğunu aşkar etməyib; nə də Azərbaycanın 22 fevral qərarını pozduğunu aşkarlayıb”, – XİN başçısının müavini qeyd edib.

“İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə bağlı müraciətini haqlı olaraq rədd edib”, – E.Məmmədov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…