35 baxış
Bu yazını paylaşın
Siyasi

XİN: “Ermənistan konkret təkliflərini təqdim etməli, danışıqlara hazır olduğunu göstərməlidir”

15 Mart 2022

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşmasına dair təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərini şərh edib.

XİN-dən “TELEJURNAL” Report-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı rəsmi Bakının mövqeyi aydın və ardıcıldır.

“Biz dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük. Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır. Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir”, – o bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…