40 baxış
Bu yazını paylaşın
Siyasi

XİN başçısı: “Gürcüstan Cənubi Qafqazda dinc və sabit inkişafın tərəfdarıdır”

29 Mart 2022

“Gürcüstan Cənubi Qafqazda dinc və sabit inkişafın tərəfdarıdır”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, regiondakı vəziyyət erməni həmkarı Ararat Mirzoyanla bu gün keçirdiyi görüşün əsas mövzusu olub: “Söhbət zamanı Ukraynadakı müharibə, region və Avropanın təhlükəsizliyi üçün təhdidlər nəzərdən keçirilib. Bizim ortaq mövqeyimiz ondan ibarətdir ki, bölgə üçün təhdid minimuma endirilsin”.

Nazir görüşdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Dinc Qonşuluq Siyasəti” təşəbbüsünün də müzakirə edildiyini bildirib: “Cənubi Qafqazdakı qonşularımızı Tbilisini dialoq üçün platforma kimi nəzərdən keçirməyə bir daha çağırırıq. Gürcüstan bölgədə uzunmüddətli sülhə töhfə verəcək prosesə aktiv cəlb olunmağa hazırdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…