32 baxış
Bu yazını paylaşın
Siyasi

XİN başçısı: “Brüssel görüşü Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir”

10 May 2023

“Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündəki danışıqlar Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir”.

TELEJURNAL  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Brüssel görüşünə Bakı və İrəvan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalıdır: “Ümumilikdə prosesin baş verməsini müsbət qiymətləndiririk. Çünki bəzən müxtəlif səbəblər olur və danışıqlar prosesində fasilələr, yaxud da ləngimələr yaranır. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsus ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşma və fikirlər səslənir. Sülh danışıqları ilə bağlı da 6 aya yaxın fasilə olmuşdu. Daha sonra beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla yaxınlarda yenidən danışıqlar baş tutdu. Hesab edirik ki, bəlli fasilədən sonra liderlər səviyyəsində görüşün keçiriləcəyi ümumilikdə müsbət haldır, danışıq və nəticələri gözləməyə çox vaxt qalmayıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…