76 baxış
Bu yazını paylaşın
Siyasi

XİN başçısı: “Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır”

04 Aprel 2023

“Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır”.

TELEJURNAL  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib.

Görüş zamanı müqabil tərəfi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə məlumatlandıran nazir, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edən bu ağır dövrdə Qaçqınlar üzrə Ali Komissarlığın ölkəmizlə əməkdaşlığını məmnuniyyətlə xatırladığını bildirib.

Nazir, həmçinin münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib. Nazir Ceyhun Bayramov ölkəmizin həmçinin erməni sakinlərin reinteqrasiyasında qərarlı olduğunu vurğulayıb.

Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…