68 baxış
Bu yazını paylaşın
Siyasi

XİN başçısı: “Azərbaycan bölgədə sülhün alternativinin olmadığına inanır və səylərin davam etdirilməsində qərarlıdır”

11 May 2023

“Azərbaycan bölgədə sülhün alternativinin olmadığına inanır və səylərin davam etdirilməsində qərarlıdır”.

Telejurnal xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın yeni səfiri Sridharan Madhusudhanan ilə görüşdə bildirib.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir mövcud çağırışlara və çətinliklərə baxmayaraq Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb.

C.Bayramov beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən də danışıb, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…