186 baxış
Bu yazını paylaşın
Siyasi

XİN: “Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”

04 Aprel 2022

“Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.

“İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv töhfə verir”, – Rusiya XİN-dən bildirilib.

Nazirlikdən qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir: “Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmayan MDB ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşıdır. Sahibkarlıq icmaları arasında əlaqələr, o cümlədən kiçik və orta biznes vasitəsilə genişlənir. İkitərəfli əməkdaşlığın mühüm elementi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…