40 baxış
Bu yazını paylaşın
Siyasi

XİN: Azərbaycan Qoşulmama Hərəkatının qarşısında duran məqsədlərin reallaşdırılması istiqamətində fəal rol oynayıb

29 Dekabr 2021

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyini uğurla davam etdirərək üzv dövlətlərin potensialının Hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılması istiqamətində fəal rol oynayıb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

Bildirilib ki, Azərbaycan bəşəriyyət qarşısında duran ümumi təhdid və çağırışlara, o cümlədən COVID-19 pandemiyasına effektiv cavabların axtarışı və verilməsi məqsədilə dünya birliyinin digər üzvləri ilə birgə çalışıb və ilk günlərdən xəstəliklə mübarizədə aparıcı dövlətlərdən biri olub.

Ölkəmiz 2021-ci ildə dünya dövlətləri ilə təmaslarının intensivləşməsi, xarici dövlət və beynəlxalq təşkilatların, akademik dairələrin və media nümayəndələrinin ölkəmizə çoxsaylı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində artan dəstəyi və regional siyasət gündəliyinin uğurla irəlilədilməsi ilə yadda qalıb.

https://azertag.az/xeber/XIN_Azerbaycan_Qosulmama_Herekatinin_qarsisinda_duran_meqsedlerin_reallasdirilmasi_istiqametinde_feal_rol_oynayib-1964282

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…