62 baxış
Bu yazını paylaşın
Siyasi

Xidmət rəisi: “İşğaldan azad olunan ərazilərdə 162 tarixi abidənin monitorinqi aparılıb”

31 Mart 2022

“İşğaldan azad olunan ərazilərdə 162 tarixi abidənin monitorinqi aparilib”

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki,  Şimal bürosuna Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində keçirilən anım mərasimində iştirak edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib.

A.Cəfərli bildirib ki, ermənilərin xalqımıza qarşı soyqımı təkcə dinc insanları qətlə yetirməklə yox, mədəni irsimizə və tarixi abidələrimizə də qənim kəsiliblər: “Azərbaycanlılara qarşı Soyqırım hadisəsi zamanı bir çox qədim binalar, o cümlədən Azərbaycan memarlığının incilərindən sayılan İsmailiyyə binası, “Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, həmçinin ziyarətgahları top ateşinə tutublar. Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Xidmət rəisi əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəlada İstintaq Komissiyası yaradılıb: “1920-cı ildə Xalq Cümhuriyyətinin süqutu ile bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilmesinin qarşısı alınıb. Yalnız 80 il sonra 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azerbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azerbaycanlıların Soyqırımı Günü” elan edilib”.

A.Cəfərlinin sözlərinə görə, azad olunmuş ərazilərdə indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib: “Bundan başqa həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər nəticəsində baxış keçirilən tarix-mədəniy əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib. Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir”.

A.Cəfərli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmiş, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…