32 baxış
Bu yazını paylaşın
Siyasi

Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb

04 May 2022

“UMID BABEK OPERATING COMPANY” əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.

Bu barədə “TELEJURNAL”  Report-a istinadən xəbər verir .

 

“Dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olması müəyyən edilib.

Aşkarlanan minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılır.

Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir”, – nazirlikdən bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…