186 baxış
Bu yazını paylaşın
İctimai

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023

Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub.

TELEJURNAL   xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Hikmət Abbasov deyib.

O, hazırda məhdudlaşdırılan yanğınla bağlı bəzi detalları açıqlayıb.

Xidmət rəisi deyib ki, saat 14:14 radələrində yanğınsöndürmə hissəsinə ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub, saat 14:21-də Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və şəxsi heyəti yanğın olan əraziyə çatıb.

Onun sözlərinə görə, hadisənin çətinliyi, havanın küləkli olmasını nəzərə alaraq iki nömrəli yüksək çağırış elan olunub və Bakı qarnizonunun əsas qüvvələri hadisə yerinə cəlb olunub. Amma təyyarə və helikopterlərin hava şəraiti ilə əlaqədar qaldırılması mümkün olmayıb.

H.Abbasov hazırda ərazidə 15-dən artıq texnika və 80-ə yaxın şəxsi heyətin yanğının söndürlüməsində iştirak etdiyini açıqlayıb.

Xidmət rəisi bildirib ki, yüksək gərginlikli 35 min kilovatlıq elektrik xəttinin ərazidən keçməsi yanğının söndürülməsi işlərini çətinləşdirib.

O, həmin xətlərin mühafizə olunduğunu bildirib:

“Bununla yanaşı ərazidən keçən neft və qaz xəttləri mövcuddur. Onlar da yanğın ərazisinə bilavasitə yüklənib. Tərəfimizdən həmin xəttlər mühafizə edilir. Ərazidə “Lukoil”, “Azpetrol” və “SOCAR”ın yanacaq çənlər parkı yerləşir. Biz əraziyə çatanda vəziyyət o qədər mürəkkəb idi ki, həmin çənlərə yanğının keçmə ehtimalı yüksək idi. Yanacaq daşıyan avtomobillərin hadisə yerində olması isə ciddi problem yaradırdı. 18 ədəd həmin yanacaq daşıyan maşınlar yanğından mühafizə olunub. Yalnız bir neft daşıyan yanacaq avtomaşını yanğın nəticəsində partlayıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…

“Azərbaycan Dəmir Yolları” sərnişin daşınmasını 51 % artırıb

04 Avqust 2023
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 3…