282 baxış
Bu yazını paylaşın
İctimai

Xəstəxanaya yerləşdirilən Xalq artistindən yenidən COVID-19 testi götürüləcək

02 Sentyabr 2022

Azərbaycanın Xalq artisti Ənvər Həsənovdan yenidən COVID-19 testi götürüləcək.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, təkrar koronavirus testinin götürülməsinin səbəbi həkimlərin rəyi ilə atasının maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçməsinin zəruriliyi ilə əlaqədardır:

A.Həsənova Xalq artistinin vəziyyətinin hazırda sabit olduğunu bildirib. O qeyd edib ki, atasının saturasiyası hazırda normaldır: “Həkimlər atamın ciyərlərində problem olmadığını deyir. Vəziyyətinin özünə gəlməsi üçün hələ ki, lazım olan şəkər səviyyəsinin normal həddə gətirilməsidir”.

Qeyd edək ki, bir neçə gün öncə səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…