39 baxış
Bu yazını paylaşın
Uncategorized

Xəstəxanaya yerləşdirilən Maradonanın durumu açıqlandı

03 Noyabr 2020
Xəstəxanaya yerləşdirilən Maradonanın durumu açıqlandı

Dieqo Maradona

Xəstəxanaya yerləşdirilən Argentinanın “Ximnasiya və Esqrima” komandasının baş məşqçisi Dieqo Maradonanın vəziyyəti açıqlanıb.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu barədə 60 yaşlı mütəxəssisin həkimi Leopoldo Luque məlumat verib.

O, əfsanəvi futbolçunun durumunun yaxşıya doğru getdiyini bildirib. Həkim Maradonanın bir neçə gün müşahidə altında olacağını və uzun müddət müalicə ediləcəyini söyləyib.

Maradona sonuncu dəfə oktyabrın 30-da “Ximnasiya və Esqrima” komandasının “Patronato”nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə onun 60 illik yubileyinə təsadüf edib. Əfsanəvi oyunçu, matçdan öncə xatirə lövhəsi alıb, amma özünü pis hiss etdiyini deyərək qarşılaşmanı sonadək izləməyib.

Qeyd edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…