17 baxış
Bu yazını paylaşın
Siyasi

Xələf Xələfov xorvatiyalı parlamentariləri azad olunmuş ərazilərdə bərpa işləri barədə məlumatlandırıb

15 May 2023

Xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar və işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib.

 

“Telejurnal” xəbər verir ki, görüşdə uzun illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu prosesdə siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.

 

D.Vidoviç dost Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu və Xorvatiyanın ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

 

Xorvatiyalı vitse-spiker bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Azərbaycanın səylərini yüksək qiymətləndirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…