25 baxış
Bu yazını paylaşın
Siyasi

Xələf Xələfov: Bu terror hadisəsinə görə İran bir dövlət kimi məsuliyyət daşıyır

30 Yanvar 2023

Məlum olduğu kimi yanvarın 27-də təqribən saat 8:40 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum – terror aktı törədilib. Bu terror aktı nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, iki əməkdaş müxtəlif güllə xəsarətləri alıb. Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi. Belə hadisələrin baş verməsi qəbuledilməzdir.

TELEJURNAL xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov yanvarın 29-da jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır: “Prezidentimiz bu hücumu terror aktı kimi qiymətləndirib və şiddətlə pisləyib. Bu hadisədən sonra İranın Bakıdakı səfirini dərhal Xarici İşlər Nazirliyinə çağırdıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran bir dövlət kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq, bu terror aktının hərtərəfli və şəffaf şəkildə təhqiqatını aparmalı, cinayətkarları məsuliyyətə cəlb etməlidir”, – deyə X.Xələfov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…