27 baxış
Bu yazını paylaşın
Siyasi

Xələf Xələfov: Azərbaycanın Təbrizdəki baş konsulluğu fəaliyyətini davam etdirəcək

30 Yanvar 2023

Tehrandakı səfirliyimizin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki baş konsulluğumuzun fəaliyyətinə şamil olunmur. Nəzərə almalıyıq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki baş konsulluğa müraciət edə bilərlər.

TELEJURNAL xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini əlavə edib ki, Təbrizdəki baş konsulluğumuzun mühafizəsi, orada çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin üzərinə düşür: “Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz. Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalı, bu öhdəliklər çərçivəsində müvafiq tədbirləri görməlidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…