192 baxış
Bu yazını paylaşın
Siyasi

Xarkov vilayəti Azərbaycanın bölgələri ilə səmərəli əməkdaşlıqda maraqlıdır

13 Yanvar 2022

Ukraynanın Xarkov vilayətinin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərində yaxından iştirak edə bilər. Bu ərazinin bərpasına, sənayeyə, kənd təsərrüfatına edilən töhfələr çox qazanclı investisiyalar olacaq.

“TELEJURNAL” AZƏRTAC -a xəbər verir ki, bu fikri Xarkov Vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xarkov Vilayət Şurasının sədri Tatyana Eqorova-Lutsenko ilə görüşündə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov söyləyib.

“Azərbaycan Prezidenti İlham Əliyev regionlararası əməkdaşlığın səmərəliliyini hər zaman qeyd edib. Xarkov vilayətindən olan nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri üçün plan hazırlanıb. Plan baxılmaq üçün Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbərinə təqdim olunacaq. Bu, səmərəli qarşılıqlı faydalı əməkdaşlıqdır”, – deyə Əfqan Salmanov əlavə edib.

Oleq Sinequbov öz növbəsində səmərəli əməkdaşlığına görə fəxri konsula təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğu humanitar, mədəni, təhsil və iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir.

“Xarkov vilayəti Azərbaycanın bölgələri ilə əməkdaşlığın inkişafında maraqlıdır”, – deyə qubernator vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…