76 baxış
Bu yazını paylaşın
Siyasi

Xarici səyahətçilərin Qarabağa səfəri gələcəkdə də davam etdiriləcək

16 Fevral 2022

“Tanınmış xarici səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərini gələcəkdə də davam etdirmək planlaşdırılır”.

“TEEJURNAL” xəbər verir ki, bunu “Report” səfərin təşkilatçısı, azərbaycanlı səyahətçi Merac Mahmudov bildirib.

Onun sözlərinə görə, növbəti belə səfər, təxminən, 1 il sonra təşkil oluna bilər: “Bu halda qonaqlar Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi bərpa işləri ilə əyani tanış ola və tərəqqini qiymətləndirəcəklər. Bu səfərin məqsədi ermənilərin işğal dövründə törətmiş olduqları dağıntıları, həmçinin Azərbaycan hökumətinin bu regionun infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi işləri nümayiş etdirməkdir”.

Xatırladaq ki, bu gün 21 ölkədən olan tanınmış səyahətçilərin Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad edilmiş ərazilərə üçgünlük səfəri başlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…