53 baxış
Bu yazını paylaşın
Siyasi

Xarici jurnalist və ictimai-siyasi xadimlərdən Azərbaycana dəstək

01 Oktyabr 2020

Azərbaycana dost münasibəti bəsləyən xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər də öz dəstəklərini müxtəlif platformalardan ifadə edirlər. Onlar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə çağırırlar.

“telejurnal” “Qafqazinfo”a istinadən sözügedən paylaşımlardan bəzilərini təqdim edir:

Amerikalı jurnalist və analitik İrina Tsukerman: “Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilib”.

Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib: “1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan Yerevan rejiminin oğurladığını geri qaytarır”.

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: “Şübhəsiz Qarabağ Azərbaycandır….Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycanı birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər”.

Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: “Soyqırım, işğal və təcavüz”.

İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayan heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib. O bildirib ki, “Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…