42 baxış
Bu yazını paylaşın
İctimai

Xankəndinə gedən azərbaycanlı: “Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb”

05 Aprel 2023

“İllər sonra Xankəndi şəhərinə getdiyimə görə çox sevinirəm. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb”.

Bunu Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının təcili tibbi yardım avtomobilinin sürücüsü Elşən İsmayılov deyib.

Əslən Şuşa şəhərindən olduğunu söyləyən sürücü sonuncu dəfə uşaq yaşlarında Xankəndi şəhərində olduğunu bildirib:

“İllər sonra doğma ərazilərimizə getdim və qürur hissi keçirdim. Xankəndidə dəyişiklik hiss etmədim. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb”.

E.İsmayılov ermənilərə tibbi yardım göstərmələri ilə bağlı təəssüratlarını da bölüşüb:

“Aprelin 4-ü axşam saatlarında bizə çağırış gəldi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə ermənilərin halı pisləşib. İlkin müdaxilədən sonra onları təcili tibbi yardım maşını ilə Xankəndinə apardıq. Yolda bizi postda saxladılar, ermənilər əvvəlcə təşvişə düşdü. Sonra Rusiya sülhməramlıları onlara yaxınlaşıb vəziyyəti izah etdi”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…