49 baxış
Bu yazını paylaşın
Siyasi

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər

19 Dekabr 2022

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları növbəti dəfə dinc ermənilərə müraciət ediblər.

TELEJURNAL-ın aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar aksiyanın keçirildiyi ərazidən bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin – yaşlıların, qadınların, uşaqların keçidinə şərait yarada biləcəklərini bildirirlər.

Bu, bir daha dinc aksiyanın dinc ermənilərə qarşı yönəlmədiyini sübut edir.

Aksiya hazırda davam edir.

Aksiya iştirakçıları qeyd edirlər ki, bədnam rusiyalı milyarder Ruben Vardanyan onları (dinc erməniləri) buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən saxta məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…