524 baxış
Bu yazını paylaşın
İctimai

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib

07 Sentyabr 2022

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, aktyordan ikinci dəfə götürülən COVID-19 testinin nəticəsi də pozitiv çıxıb:

“Hazırda atamın vəziyyəti o qədər də yaxşı deyil. Sentyabrın 2-də atamdan götürülən koronavirus testinin nəticəsi pozitiv çıxdı. Saturasiyası normal olsa da, bəzən oksigen çatışmazlığı ilə üzləşir. Təzyiqi və şəkər səviyyəsi normadan aşağı düşüb. Vəziyyətinin özünə gəlməsi üçün hələ ki, təzyiq və şəkərin səviyyəsi normal həddə gətirilməlidir. Koronavirus testinin nəticəsi neqativ çıxdıqdan sonra isə maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçməlidir”.

Aktyor hazırda evindədir.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov bir neçə gün öncə müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilmişdi. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan daha əvvəl koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…