42 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

23 İyun 2023

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Telejurnalın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 31-ci km-də, rayonun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində Alpan çay körpüsündə qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Nərəcan kənd sakini, 1952-ci il təvəllüdlü Cavadov Cavad Nəsrulla oğlunu vurub. Piyada hadisə yerində ölüb.

Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…