240 baxış
Bu yazını paylaşın
Müsahibə

Xaçatryanın həbsində ortaya çıxan digər bir məqam isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin onu xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdidir-Yusif Bağırzadə

31 İyul 2023

Xəbər verdiyimiz kimi, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri – Vaqif Xaçatryan 29 iyul 2023-cü il tarixdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın postunda saxlanılıb.

Vaqif Xaçatryanın kimliyi barədə Azərbaycan hüquq mühafizə orqanlarının əlində yetərli qədər məlumatlar mövcuddur. Onun xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərlə bağlı da faktlar kifayət qədərdir. Həmin hadisələrin şahidləri öz ifadələrində Xaçatryanın hansı cinayət əməlləri törətdiyini faktlarla ortaya qoyublar.

Baş Prokurorluğun yaydığı məlumata görə, uzun illər ərzində aparılmış istintaq sayəsində Xaçatryanın qətliamlarda iştirakı tam sübuta yetirilib və 2013-cü ildə beynəlxalq axtarışa verilib.

Toplanmış materiallar və sübutlar rəsmi Bakıya imkan verir ki, Azərbaycanın Cinayət Məcəlləsinə uyğun şəkildə əli yüzlərlə günahsız insanın qanına batan Xaçatryan və onun kimilərə layiqli cəzanı versin.

Bu sözləri politoloq Yusif Bağırzadə “Telejurnal”a şərhində qeyd edib.

Politoloq əlavə olaraq bildirib ki, şübhəsiz ki, Xaçatryan Qarabağda gizlənən yeganə cinayətkar deyil. İstisna deyil ki, hazırda Qarabağda Xaçatryan kimi cinayətkarların, əlləri günahsız azərbaycanlıların qanına batmış, soydaşlarımıza qarşı qətliamların iştirakçısı olmuş erməni silahlılarının sırasında fəaliyyət göstərmiş çoxlu sayda şəxslər var.

Xaçatryanın həbsində ortaya çıxan digər bir məqam isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin onu xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdidir. Bu onu sübut edir ki, BQXK təkcə qaçaqmalçılıq fəaliyyəti ilə deyil, eyni zamanda cinayətkarların ədalətdən qaçmasında da iştirak edir.

Digər məqam isə bu cinayətkarla bağlı başladılan kampaniyadır. Ayrı-ayrı ölkələrin bəyanatlarının, Xaçatryanın 32 il əvvəlki cinayətə görə həbs edilməsinin Azərbaycanla Ermənistan arasında son zamanlar başlayan normallaşma prosesinə xələl gətirə biləcəyinə dair absurd fikirlərin şahidi oluruq.

Bu cür iddialarla çıxış edənlər bilməlidirlər ki, qətliam, soyqırım kimi cinayətlər yalnız milli məsələ deyil, həm də bəşəri əhəmiyyətli hadisədir. Bu cür cinayətlərdə zaman heç bir rol oynamır. Belə şəxslər harda yaxlanırsa mütləq şəkildə cəzalandırılır. Necə ki, Nurnberq məhkəməsinin gözündən yayınan bəzi faşistlərin axtarışları müharibədən çox-çox sonralara, hətta indiyə qədər davam edir. Xatırladım ki, İkinci Dünya Müharibəsinin bitməsindən 34 il sonra, 1979-cu ildə Birləşmiş Ştatların Ədliyyə Departamenti Amerikada yaşayan nasist cinayətkarlarını müəyyənləşdirmək üçün Xüsusi Təhqiqatlar Ofisi yaratmışdı. ABŞ dan sonra Avstraliya, Böyük Britaniya və Kanada kimi ölkələr öz sərhədləri daxilində yaşayan nasist müharibə cinayətlərinin günahkarlarını ədalət qarşısına çıxarmağa müvəffəq olmuşdu.

Yaxud “Serb qəssabı” ləqəbi ilə tanınan Ratko Mladiçi götürək. O, 1991-1995-ci illərdə törətdiyi qətliamların cəzasını üzərindən 20 ildən çox zaman keçəndən sonra 2017-ci ildə aldı.

Bir sözlə həm Ermənistan və onun havadarları, ermənipərəst dairələr bilməlidirlər ki, nəinki Beynəlxalq Qırmızı Xaç Komitəsi, heç onlar da azərbaycanlıların ölümündə günahkar olanları, azərbaycanlılara qarşı qətliamlar, soyqrımlar törədənləri bundan sonra xilas edə bilməyəcəklər.

Asiman Hafizqızı

Cinayətkar Vaqif Xaçatryanın fotosu

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…