116 baxış
Bu yazını paylaşın
Dünya

“WPR”: “Baydenin Demokratiya Sammiti, əslində, demokratiya haqqında deyil”

10 Aprel 2023

“ABŞ Prezidenti Cozef Baydenin Demokratiya Sammiti, əslində, demokratiya haqqında deyil”.

TELEJURNAL xəbər verir ki, bu qənaətə Çikaqo Universitetinin Politologiya kafedrasının dosenti Pol Poast “The World Politics Review” üçün yazdığı məqaləsində gəlib.

Baydenin Demokratiya Sammitini tənqid edən müəllif builki tədbirin narrativinin 2021-ci ildə baş tutmuş Zirvə ilə eyni – “avtokratiyalar demokratiyalara qarşı” tərzində olduğuna diqqət çəkib:

“Baydenin ABŞ Konqresinə ilk müraciətində qeyd etdiyi kimi, bu mübarizədə “demokratiyalar sürət yığır və dünya aydın şəkildə sülh və təhlükəsizliyi seçir”. Hətta bu belə olsa da, “Demokratiya Sammiti”nin bu və ya gələcək iterasiya sayəsində deyil”. Tənqidçilərin tədbiri “dolayı söhbətləşmə və ya arzuolunmaz göstəriş”ə çevrilmə riski daşıdığını xatırladan müəllif sammitin artıq həmin xətti keçdiyini vurğulayıb.

İlk öncə araşdırmaçı Sammitin həqiqətən də demokratiyaya həsr olunub-olunmadığını sorğulayıb. 2021-ci ildəki tədbirdə “şübhəli demokratiya reputasiyalı” ölkələrin iştirak etdiyini bildirən P. Poast misal kimi Konqo Demokratik Respublikasını və Serbiyanın adlarını çəkib. Onun fikrincə, “yersiz qonaqlar” sammitin məqsədi və yararlılığını sual altında qoyub: “Ola bilsin məhz buna görə virtual keçirilib, çünki tədbirə şəxsən qatılmaq bəzi ölkələrin liderlərinin görüşün minimal faydası və optikası baxımından əlverişsiz olması səbəbindən onu buraxması ilə nəticələnə bilərdi”.

Onun sözlərinə görə, mərasimin “2023-cü il sayında” da analoji vəziyyət yaranıb. Belə ki, Sammitin əsas iştirakçılarından İsrail və Hindistan hazırda “öz liderləri tərəfindən bəslənən demokratik böhran yaşayır”. Bundan başqa, amerikalı dosent Macarıstanın “illərdir davam edən demokratiyanın qürubu” fonunda, 2021-ci ildə olduğu kimi, tədbirə çağırılmamasının demokratiya ilə əlaqəli olmasına şübhə ilə yanaşır:

“Amma bu dəvətin olmaması əslində ölkənin Baş nazir Viktor Orban dövründə pisləşən demokratiyası, yoxsa Orbanın Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı və onun Rusiyanın Ukranaya təcavüzünü pisləməkdən imtinası ilə bağlı idi? Bununla belə, Polşa, Macarıstan kimi, “demokratiyanın qürubunu” yaşasa da, Ukraynanın tərəfdarıdır – hər iki sammitə çağırılmışdı”.

Müəllifin fikrincə, tədbir iştirakçılara yox, iştirak etməyənlərə – Rusiya və Çinə həsr olunmuşdu: “Aydındır ki, görüşün əsas məqsədi ABŞ-nin bu iki rəqibinə qarşı kontrkoalisiya qurmaqdır”. Onun sözlərinə görə, sammitin ideya özəyində Vaşinqtonun əqidədaşlarını Çinə qarşı birləşməsi ehtiyacı yatır.

Bununla belə, müəllif bu sammitin ABŞ-nin bu cəbhədə uğur qazanmasına imkan yaratdığına əmin deyil: “Söhbət əsasən iqtisadi mübadilə yolu ilə dünyanın qalan hissəsi ilə əlaqə qurmaqdan gedir. 2019-cu ildə “Pew”nun sorğusu göstərib ki, Qlobal Cənubda bir çox respondent demokratiyanın nəticələrindən çox sağlamlığından daha az narahatdır. Maraqlıdır ki, “Pew”nun sorğusu sənaye baxımından inkişaf etmiş demokratiyalarda yaşayan insanlar arasında da eyni nöqteyi-nəzəri ortaya çıxarıb”.

P. Poastın gəldiyi qənaətə görə, Qlobal miqyasda insanlar demokratiyaya dair normativ və ya ideoloji bağlılığa daha az önəm verirlər və demokratiyanın və ya hər hansı hökumət sisteminin gündəlik həyatlarını yaxşılaşdırmaq üçün nə etdiyinə daha çox diqqət edirlər. Həqiqətən, diqqətin demokratiyada cəmləşməsi özünü məhv edə bilər, çünki, keçmiş Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haasın tvit etdiyi kimi, Birləşmiş Ştatların “Rusiyaya qarşı sanksiyalardan tutmuş iqlim dəyişikliyini yavaşlatmağa kimi dünyada bizə kömək etmək üçün qeyri-demokratiyaya” ehtiyacı var. Sammitin yerinə müəllif Bayden administrasiyasına Çini dışlayan ticari bloklara qoşulmağı, misal üçün, Trampın dövründə tərk edilən Trans-Sakit Tərəfdaşlığına qayıtmağı tövsiyə edir.

Eyni zamanda, müəllif yazısında sammitin demokratiyalara yardıma həsr olunduğu halda, bunun nə dərəcədə yararlı olduğunu da sorğulayıb. Onun fikrincə, dünyada demokratiyaların zəifləməsi mübahisəli məsələdir: “Daha dəqiq desək, dünyada bir sıra fərdi demokratiyalar üçün real risklər var və beynəlxalq əməkdaşlığın müəyyən formaları inkişaf etməkdə olan demokratiyalara kömək edə bilər. Lakin onlar ayrı-ayrı ölkələrin və ya regional ölkələr qrupunun xüsusi ehtiyaclarına uyğunlaşdırıldıqda uğur qazanırlar. Bu hallarda hər hansısa yardım göstərən dövlətlər və təşkilatlar regiona yönəlir və qonşuluqda sabit demokratiyanın təmin olunmasında maraqlı olurlar. Maraqları qeyri-müəyyən olan ölkələrin böyük məclisləri bu baxımdan daha az effektivdir”.

ABŞ-nin aparıcı ali təhsil ocağının tədqiqatçısı Bayden administrasiyasının regional səviyyədə demokratiya prinsiplərinin irəli aparılmasında uğursuz olduğuna diqqət çəkib: “Bu, Baydenin Avropada və bütün dünyada demokratiyanın müdafiəsinin onun administrasiyasnın Ukraynaya dəstəyinin əsas motivi olduğunu açıq şəkildə bildirdiyi həmin regionda belə olmaya bilər. Lakin bu, Mərkəzi Amerikada Salvador və Qvatemala kimi ABŞ tərəfdaşlarının vətəndaş hüquqlarını və demokratik nəzarət və tarazlıqları göz ardı etdiyi Birləşmiş Ştatların öz arxa bağçasındakı səylərinin zəifliyini vurğulayır”.

P. Poastın fikrincə, başqa bir genişmiqyaslı qlobal sammitə vaxt və enerji sərf etmək əvəzinə administrasiya öz səylərini qonşuları ilə demokratiyanı qorumaq və gücləndirmək üçün konstruktiv şəkildə məşğul olmağa yönəltməlidir.

“İndi üçüncü Demokratiya Sammitinin bu dəfə Cənubi Koreyada keçirilməsi planlaşdırılır. Tarix təyin edilməyib. Ancaq tarixi təyin etmək lazım deyil. Bu gün dünyanın üzləşdiyi çağırışları nəzərə alsaq, istər demokratik, istərsə də qeyri-demokratik, bu problemləri həll etməyə çalışan ölkələr vaxtlarını və diqqətlərini başqa bir virtual söhbətləşmədə iştirak etməkdən başqa bir işə həsr etsələr, daha yaxşı olardı”, – müəllif yekunda əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…