51 baxış
Bu yazını paylaşın
Uncategorized

Vyanada törədilən terror aktı ilə əlaqədar İsveçrədə iki nəfər saxlanılıb

04 Noyabr 2020

Noyabrın 2-də Vyanada baş verən terror aktından sonra cinayət işi ilə bağlı bir çox suallar hələ də cavabsız qalır. Hadisədən sonra İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürsə də, mediada və ekspert açıqlamalarında terrorçunun təkbaşına hərəkət etməməsi fikri üstünlük təşkil edir.

AZƏRTAC xəbər verir ki, İsveçrə hüquq-mühafizə orqanları Vintertur şəhərində Vyanadakı terror aktını törədən şəxslə əlaqəli iki nəfəri həbs ediblər. İsveçrənin ədliyyə naziri Karin Keller-Sutter bildirib ki, 18 və 24 yaşlı gənclər vyanalı terrorçu ilə ünsiyyətdə olublar və hətta onunla şəxsən görüşüblər. Federal Prokurorluğun terrorizmlə mübarizə maddəsi ilə açdığı cinayət işindən adları hüquq-mühafizə orqanlarına məlum olan hər iki şəxslə əlaqədar Avstriya qurumları ilə təmaslar davam etdirilir.

Noyabrın 2-də terror aktının baş verdiyi meydan və küçələrdə mobil telefonla çəkilən görüntüləri yoxlayan kriminalistlər digər mümkün terrorçuların cinayət hadisəsində iştirakını təsdiqləyəcək faktlar aşkarlamayıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…