16 baxış
Bu yazını paylaşın
Siyasi

Vüqar Rəhimzadə: Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan əməkdaşlığı strateji bir müstəviyə keçib

16 İyun 2022

Şuşa, 15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən və müasir tariximizin zirvədə dayanan ən şanlı bayramlarından biridir. Eyni zamanda, bu gün Azərbaycanda ən möhtəşəm tarixi hadisələrdən biri olan Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü qeyd olunur. Bu, mühüm əhəmiyyətə malik tarixi bir hadisədir.

Bu fikirləri Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr olunan beynəlxalq konfransda iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə müsahibəsində bildirib.

Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayan V.Rəhimzadə deyib: “Bu gün bir illiyi qeyd olunan Bəyannamənin imzalanması strateji xarakter daşıyır, əməkdaşlığın artıq strateji bir müstəviyə keçməsindən xəbər verir və bu, çox vacib məsələdir. Şuşa şəhərində belə bir tarixi hadisənin reallaşması ilə qardaşlığın, dostluğun strateji xarakter alması, müttəfiqlik səviyyəsinə çatması, Azərbaycan tarixində uzun illər ən yaddaqalan hadisələrdən biri kimi əbədi yaşayacaqdır”.

Şuşa Bəyannaməsinin həm də simvolik bir mənası olduğunu qeyd edən YAP Xətai rayon təşkilatının sədri əlavə edib: “Qars müqaviləsindən 100 il sonra belə bir sənədin imzalanması Azərbaycanla tarixi köklərə bağlı, – bir millət və iki dövlət, – Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələ olmaqla yanaşı, regionda, o cümlədən dünyada sabitliyə öz töhfəsini verən iki güclü dövlətin bir-birinə nə qədər yaxın olduğu nümunəsini ortaya qoyur. Hesab edirəm ki, bu, çox tarixi bir hadisədir, çox vacib bir məqamdır”.

Türkiyə ilə Azərbaycanın yaxın dostluq və qardaşlıq münasibətlərindən danışan Vüqar Rəhimzadə bu Bəyannamənin imzalanması ilə yanaşı, qarşılıqlı münasibətlərin formalaşmasının da gündəmə gəldiyini qeyd edib və bunu tarixi hadisə adlandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…