24.10.2024 13:32:26
70 baxış
Bu yazını paylaşın
Siyasi

Vüqar Rəhimzadə: Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşıb

10 Mart 2022

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində yer alan çağırışlardan bəhs edərək bildirib ki, keçdiyi 30 illik şərəfli yolda ictimai fikirdə qələbələr partiyası kimi nüfuza sahib olan Yeni Azərbaycan Partiyası yeni parlamentdə də yerlərin əksəriyyətini qazandı. VI çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bütün siyasi partiyaların nümayəndələrinin təmsil olunması təqdir edilən mühüm addımlar sırasındadır. Bu baxımdan ki, bu günə qədər belə bir hal olmayıb. Amma bu günün tələblərindən biri kimi Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün belə bir addımın atılmasına böyük zərurət duyuldu. “Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır” söyləyən dövlətimizin başçısı bu çağırışı etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir.

Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyasının formalaşdığını önə çəkən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur. Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar olub. Siyasi partiyaların fəaliyyəti üçün təkmil qanunvericilik bazası mövcuddur. Qəbul olunan yeni “Siyasi partiyalar haqqında” Qanun partiyalara normal fəaliyyətləri üçün bütün zəruri imkanları yaradır. Hazırda siyasi partiya təsis etmək üçün heç bir ciddi meyar tələb olunmur. 50-dən artıq siyasi partiyanın dövlət qeydiyyatından keçməsi və normal fəaliyyəti də deyilənlərin təsdiqidir.
Vüqar Rəhimzadə diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi partiyaların ümummilli məsələdə vahid mövqe nümayiş etdirərək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmələrinə və dəstəklərini imzaladıqları bəyanatlarla təsdiqləmələrinə yönəldərək bildirib : “Ölkəmizdə sivil dialoq mühiti mövcuddur. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim dialoqun təşkilində maraqlı olmaqla yanaşı, təşəbbüslərlə çıxış edir.
Eyni zamanda, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da ölkəmizdə siyasi dialoq mühitinin, siyasi partiyalar arasında əməkdaşlığın inkişafına xidmət edən uğurlu addımlardandır. Siyasi partiyaların rəhbərləri ilə mütəmadi olaraq keçirilən görüşlər, müzakirə olunan məsələlər bu işə öz müsbət töhfələrini verir”.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Qeyd etdiyimiz kimi, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclisin qəbul etdiyi yeni qanunlar, eyni zamanda, bəzi qanunların dövrün tələbinə cavab verməsi üçün təkmilləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsi qarşıya qoyulan hədəflərə öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan çıxışında deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayandığını bildirərək bu çağırışı etdi ki, parlamentin əsas işi qanun yaradıcılığıdır.
“Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir ölkənin inkişafında dayanıqlı iqtisadi tərəqqi əsas rol oynayır. “Hər zaman qeyd edildiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Azərbaycanın üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Təkcə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Azərbaycanın hətta inkişaf etmiş ölkələrdən fərqli olaraq iqtisadi durğunluğu yaşamamasına səbəb atdığı addımların sistemli olması ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoydu ki, insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi inkişafın dayanıqlığı da təmin edilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında da səsləndirdiyi əsas hədəflərdən biri məhz iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunların qəbul edilməsi oldu. Məsuliyyətin ən vacib məsələlərdən biri olduğu açıqlandı”, – deyə o qeyd edib.

YAP Xətai rayon təşkilatının sədri demokratiyanın vacib amillərindən biri kimi ictimai-siyasi sabitliyi önə çəkərək Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə sabitlik diyarı olmasından bəhs edərək bildirib: “Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində yaşadığı durum yaddaşlardadır. Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizə investisiya axını sürətləndi. Bu günə qədər ölkə iqtisadiyyatına 280 milyard dollar investisiya qoyulması Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirməklə yanaşı, beynəlxalq aləmdə sabit ölkə kimi tanınmasına da işıq salır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top