210 baxış
Bu yazını paylaşın
İctimai

Vüqar Qurbanov: Bakıda baş verən partlayışla bağlı TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 37 müraciət olub

03 Aprel 2022

Bakıda gecə klubunda baş verən partlayışla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə ümumilikdə 37 müraciət olub.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 3-də jurnalistlərə açıqlamasında TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
O bildirib ki, hadisə baş verən əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlardan 23 nəfəri stasionar müalicəyə qəbul olunub. Həkimlər xəsarət alan şəxslərin sağlamlıqlarının bərpası üçün ciddi səylə çalışırlar. Digər şəxslərin müalicəsi davam etdirilir. Stasionara qəbul edilən iki nəfərə yardım göstərildikdən sonra vəziyyətləri normal olduğu üçün onlar evə buraxılıb. Vəziyyəti kritik olan xəstələrin yaxınlarına, valideynlərinə mütəmadi olaraq məlumatlar verilir. TƏBİB-ə müraciət edərək hər bir xəstə haqqında tam dolğun məlumat almaq mümkündür.
“Yanıq mərkəzinə olan müraciətlər daha çoxdur. Xəsarət alan şəxslər arasında travmatoloji sınıqla bağlı müraciət edənlər də var və onlar müxtəlif xəstəxanalara yerləşdirilib. Onlara da aidiyyəti üzrə yardım göstərilib”, – deyə Vüqar Qurbanov qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…