261 baxış
Bu yazını paylaşın
İqtisadi

Vüqar Bayramov: Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır

15 Yanvar 2022

Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 milyon 500 min dollar təşkil edib. 2019-cu ildə isə bu göstərici 807 milyon 610 min dollar olmuşdu. Pandemiyaya rəğmən iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb. Qeyd edək ki, son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2,3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi 331 milyon 215 min dollar olmuşdu.
“Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib. Belə ki, Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50 faiz artaraq 5 milyard dollara çatıb. İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər. Azərbaycan və Ukrayna, eyni zamanda, Avropa İttifaqının Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edirlər. Hər iki ölkə ərazi bütövlüklərini qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdirlər. Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir”, – deyə deputat qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…