32 baxış
Bu yazını paylaşın
Siyasi

Volodimir Zelenski və Cozef Baydenin müzakirə edəcəyi məsələlər açıqlanıb

11 İyul 2023

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Cozef Baydenin sabah, iyulun 12-də keçirəcəkləri görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanıb.

Telejurnal-ın  xəbərinə görə, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, liderlər Ukraynaya silah tədarükünün sürətləndirilməsi barədə danışacaqlar.

“Görürük ki, əks-hücum əməliyyatları üçün bizə texnika, o cümlədən aviasiya komponentləri və uzaqmənzilli raketlər lazımdır. Prezidentlərin müzakirə edəcəyi növbəti məsələ Rusiyanın itkiləri olacaq”, – müşavir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bu savaşda mütləq uduzmalıdır.

M.Podolyak söyləyib ki, V.Zelenski digər liderlərlə də görüşəcək: “Lakin təhlükəsizlik tədbirləri səbəbindən detalları açıqlaya bilmərəm”.

Qeyd edək ki, V.Zelenski ilə C.Bayden sabah NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində bir araya gələcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…