28 baxış
Bu yazını paylaşın
Siyasi

Volodimir Zelenski “Vaqner”in silahlı qiyamına münasibət bildirib: “Rusiyada böyük xaos yaranıb”

24 İyun 2023

“Rusiya uzun müddətdir öz zəifliyini və hökumətinin axmaqlığını ört-basdır etmək üçün təbliğat aparırdı. İndi isə o qədər xaos var ki, heç bir yalanı gizlədə bilməz”.

Telejurnal xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

O bildirib ki, Rusiyanın zəifliyi göz qabağındadır: “Rusiya öz qoşunlarını və muzdlu qüvvələrini torpaqlarımızda nə qədər çox saxlasa, sonradan bir o qədər böyük xaos və bir o qədər çox problem yaşayacaq. Bu, göz qabağındadır. Ukrayna Avropanı Rusiyanın gətirdiyi fəlakətdən və xaosun yayılmasından qorumağa qadirdir”.

V. Zelenski qeyd edib ki, şər yolunu seçən hər kəs özünü məhv edir: “Biz möhkəmliyimizi, birliyimizi və gücümüzü qoruyuruq. Bütün komandirlərimiz və əsgərlərimiz nə edəcəklərini bilirlər”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…