23 baxış
Bu yazını paylaşın
Dünya

Vladimir Putin Ukraynadan taxıl ixracı üçün şərtlərini açıqlayıb.

20 İyul 2022

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukraynadan ərzaq ixracına imkan yaratması üçün Rusiyadan taxıl tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.

TELEJURNAL. az AZƏRTAC -a  istinadla xəbər verir ki, Vladimir Putin bu barədə çərşənbə axşamı günü İranda səfərdə olarkən deyib.

“Biz Ukrayna taxılının ixracını asanlaşdıra bilərik, lakin Rusiya taxılının tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılmalıdır”, – deyə Rusiya Prezidenti Tehranda İran və Türkiyə prezidentləri ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

ABŞ-ın Rusiya gübrəsinin dünya bazarlarına tədarükü ilə bağlı məhdudiyyətləri aradan qaldırdığını xatırladan Vladimir Putin beynəlxalq ərzaq bazarlarında vəziyyəti yaxşılaşdırmaq üçün Rusiya taxılının da tədarükünə icazə verilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və digər ölkələr Moskvaya qarşı tətbiq olunan sanksiyaların ərzaq məhsullarına şamil edilmədiyini bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…