162 baxış
Bu yazını paylaşın
Siyasi

Vladimir Putin İlham Əliyevi təbrik edib

04 Aprel 2022

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq, eləcə də ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq genişlənir. Keçən il və inişildə bağlanmış üçtərəfli sazişlərə əsaslanaraq, biz Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə işləyirik.

Bu il mühüm nailiyyətlə – Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə yadda qaldı. Əminəm ki, ikitərəfli münasibətləri yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarmaq xalqlarımızın köklü maraqlarına cavab verir.

Sizə, hörmətli İlham Heydər oğlu, səmimi-qəlbdən möhkəm cansağlığı, uğurlar, bütün vətəndaşlarınıza isə əmin-amanlıq və firavanlıq diləyirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…