30 baxış
Bu yazını paylaşın
Siyasi

Vladanka Andreyeva: BMT-nin təsisatları azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək göstərəcək

18 Mart 2022

BMT-nin təsisatları işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi işlərində Azərbaycana kömək göstərəcək.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
“1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv oldu və bu illər ərzində biz əməkdaşlığımızı gücləndirməyə çalışırıq. Biz Bakıda ilk dəfə ofisimizi açanda münaqişədən əziyyət çəkən qaçqınlara və məcburi köçkünlərə yardım etmişik. 2021-ci il martın 1-də BMT ilə Azərbaycan arasında növbəti beş il üçün əməkdaşlığın əsas istiqamətlərini əks etdirən saziş imzalanıb. Bunlar gender bərabərliyi, ətraf mühit, inklüzivlik və sair məsələlərlə bağlıdır”, – deyə o qeyd edib.
Vladanka Andreyeva, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və bu təşkilat çərçivəsində pandemiya ilə mübarizədə ölkəmizin səylərini yüksək qiymətləndirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…