141 baxış
Bu yazını paylaşın
Siyasi

Vladanka Andreyeva: “Azərbaycan beynəlxalq arenada güclü tərəfdaşdır”

02 Mart 2022

“Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında il ərzində əməkdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib.

“Bu il əməkdaşlığın qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Otuz il əvvəl əməkdaşlığa başlayanda Azərbaycan gənc ölkə idi, bu gün isə o, beynəlxalq arenada güclü tərəfdaşdır”, – BMT-nin rezident-koordinatoru deyib.

Onun sözlərinə görə, silsilə tədbirlər çərçivəsində martın 18-də BMT və Azərbaycan arasında yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılıb. Dialoq zamanı münaqişədən və COVID-19 pandemiyasından sonrakı dövrdə əməkdaşlıq müzakirə olunacaq. Bundan başqa, yazda xeyriyyə bazarının və s. keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan və ABŞ arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci il martın 17-də ABŞ-ın Bakıda səfirliyi açılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…