57 baxış
Bu yazını paylaşın
Uncategorized

“Vilyarreal”ın futbolçuları “Qarabağ”la oyundan danışdılar

27 Oktyabr 2020
Vilyarrealın futbolçuları Qarabağla oyundan danışdılar

“Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdır”.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu fikirləri İspaniya “Vilyarreal”ın futbolçusu Fransis Koklen klubun rəsmi saytına açıqlamasında UEFA Avropa Liqasının I qrupunun II turunda “Qarabağ”la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Fransalı yarımmüdafiəçi bildirib ki, İsrail “Makkabi”si (Təl-Əviv) ilə ilk görüşdəki qələbənin davamını gətirmək istəyirlər: “3 xalımız var. Qrupdan çıxmaq üçün bu vəziyyəti saxlamaq istəyirik”.

Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkdiklərini xatırladan komandanın kapitanı Mario Qaspar bu dəfə yaxşı nəticəyə ümid etdiklərini söyləyib: “Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir”.

“Vilyarreal”ın digər futbolçusu Visente İborra isə iddialı komanda olduqlarını vurğulayıb: “Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. Başa düşməliyik ki, bizi çox çətin oyun gözləyir”.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…