253 baxış
Bu yazını paylaşın
İctimai

“Viktoriya”nın futbolçusu: “Qarabağ”ın müdafiəsində zəif yerlər var”

23 Avqust 2022

“Rəqibin hücumda çox yaxşı olduğunu gördük. Amma müdafiə xəttində zəif yerlər var. Bakıda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərin üzərində dayanacağıq. Bu, bizim əsas üstünlüyümüzdür”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu “Viktoriya” (Plzen) komandasının futbolçusu Lüdek Pernitsa Çexiyada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

32 yaşlı müdafiəçi bildirib ki, kapitan Lukaş Heydanın cəza səbəbindən oynamaması onlara problem yaradacaq: “Düşünürəm ki, o, oynasa belə, bizə çətin olacaq. Təbii ki, kapitanın yoxluğu daha ciddi itkidir. Amma inandığımız, onun yerini doldura biləcək başqa keyfiyyətli oyunçularımız var”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…