260 baxış
Bu yazını paylaşın
İctimai

“Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la oyun böyük çağırışdır”

23 Avqust 2022

“Bir çox futbolçum kimi mən də heç vaxt bu turnirin qrup mərhələsində oynamamışam”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Çexiyada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, bu görüş onlar üçün böyük çağırışdır: “Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq”.

Çexiyalı baş məşqçi “köhlən atlar”ın əla hücum keyfiyyətinə malik olduğunu söyləyib: “Bütün futbolçular texniki cəhətdən çox yaxşıdırlar və sürəti artıra bilirlər. Topu qapımızdan mümkün qədər uzaq tutmaq üçün onlara boşa sahə verməməliyik. Rəqibin keyfiyyətini və ön xətt oyunçularını necə dayandırcağımızı bilirik. Bakıdakı oyunumuzu təkrarlasaq və buna bir az daha keyfiyyət əlavə etsək, uğur qazanacağımıza inanırıq”.

O, “Qarabağ”a qarşı 3-lü müdafiə sistemi ilə oynaya biləcəklərini istisna etməyib: “İki variantımız var ki, onlardan biri 3-lü müdafiədir. Bugünkü məşqdən sonra qərarımızı verəcəyik. Vatslav Yemelka sol cinah müdafiəçisi kimi çox yaxşı çıxış etdi. Onun sabah bu mövqedə başlama şansı yüksəkdir”.

Bilek cəzalı Lukaş Heydanı kiminlə əvəzləyəcəyi ilə bağlı suala bu cür cavab verib: “Qərar vermək üçün sabah səhərədək vaxtımız var. İki mümkün start heyətimiz var və hər ikisi keyfiyyətlidir. Yəqin, səhər məşqinə az qalmış qərar verəcəyəm. Bütün oyunçular hazırdır və bütün diqqətlərini matça cəmləyiblər”.

Təcrübəli mütəxəssis evdə də qapalı futbol sərgiləyəcəklərini etiraf edib: “Bu, Bakıdakı matçla çox oxşar olacaq. “Qarabağ”ın Macarıstanda “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub etdiyi III təsnifat mərhələsinin cavab matçını bir daha izlədik. Meydan sahibləri qol vursalar da, 1:3 hesabı ilə uduzdu. “Qarabağ” məhz bunu istəyir. Açıq oyunda çox təhlükəlidirlər. Biz buna imkan verməməliyik”.

Bilek bunu məşqçilik karyerasının ən vacib matçı adlandırıb: “Bu, hər kəs üçün böyük sınaqdır və biz matçı səbirsizliklə gözləyirik. İnanıram ki, ilk oyundakı nəticənin təsadüfi olmadığını təsdiqləyəcəyik. İlk oyundakından daha yaxşı müdafiə olunmalı və hücumda daha dəqiq oynamalıyıq”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…